Anasını qətlə yetirən oğul saxlanılıb

Anasını qətlə yetirən oğul saxlanılıb

Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində anası öldürən Cəmil İslamov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan C.İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızını döyüb. Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş Z.İslamova fevralın 26-da orada ölüb.

Faktla əlaqədar rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə