Toy yasa çevrildi: 60 ölü

Əfqanıstanda bir toy mərasimi əsnasında evin tavanının çökməsi nəticəsində ilkin məlumatlara görə 60 insan ölüb. SİA-nın "cnntürk"ə istinadən verdiyi xəbərə görə, Əfqanıstan Qızıl Aypara Komitəsinin rəhbəri Həmid Niyazi ölkənin şimalındakı Baglan bölgəsində toy mərasimi keçirilən evin tavanının çökdüyünü, 60 nəfərin öldüyünü söyləyib.

Niyazi faciədə içərisində qadın və uşalarında olduğu 40 adamın yaralandığını qeyd edib.

Baglan valisi Munşi Abdülməcit isə toyun 3 mərtəbəli bir kənd evində keçirildiyini və damın çökməsi nəticəsində xeyli sayda adamın öldüyünü söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə