Gənclikdə “Kamaz”la sərnişin avtobusu toqquşub

Gənclikdə “Kamaz”la sərnişin avtobusu toqquşub

Bakının Nərimanov rayonunda "Kamaz" içi adamla dolu sərnişin avtobusu ilə toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya vrilən xəbərə görə, hadisə bu gün saat 16.30 radələrində, Atatürk prospektində qeydə alınıb. 93 saylı xətt üzrə hərəkət edən avtobus yolun əks istiqaməti ilə hərəkət edən "KamAz" markalı yük maşını ilə toqquşub.

 

Qəza nəticəsində avtobusda olan 10-a yaxın sərnişin xəsarət alıb. Yaralıların bir qismi yaxınlıqdakı şəxslərin köməkliyi ilə müxtəlif xəstəxanalara aparılıblar. Hazırda yaralıların kimliyi müəyyənləşdirilir.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, hadisə yerində 4 təcili tibbi yardım maşını göndərilib. İlkin məlumata görə, hadisə nəticəsində ölən olmasa da, bir neçə nəfər xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Hazırda hadisə yerində rayon polisinin əməliyyat qrupu yollanaraq ilkin araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə