Sabirabadda avtomobil kanala aşdı Sürücü öldü

Sabirabadda avtomobil kanala aşdı Sürücü öldü

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sabirabad rayonu, Həşimxanlı kəndində “Jeep” markalı minik avtomobili su kanalına aşıb. SİA-nın Fövqəladə Hallar Nazirliyindən aldığı məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə