Neft borularını kəsən qardaşlar tutulub

Neft borularını kəsən qardaşlar tutulub

Beyləqan rayonunda oğurluq edən 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə oktyabrın 25-də Beyləqan rayonunun Şirinsu adlanan ərazisində baş verib.

 

Şərur rayon sakini Fazil Əsgərov, Füzuli rayon sakini Şamil Hacıyev və onun qardaşı Yaşar Hacıyev istifadə olunmayan neft quyusunun metal borularını kəsərkən Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə