Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı son hesabat açıqlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Baş Qərargahının yaydığı xəbərə görə, “Zeytun budağı” əməliyyatının 14-cü günündə terrorçulara məxsus sığınacaq, anbar və atəş nöqtələri vurulub. Aviazərbələr nəticəsində 6 hədəf məhv edilib.
Məlumatda qeyd olunub ki, "Zeytun budağı" əməliyyatında indiyədək 823 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB