Şamaxı rayonunda 49 yaşlı kişi döyülüb. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində baş verib.
Belə ki, Şamaxı rayonunun Quşçu kənd sakini, 1969-cu il təvəllüdlü Məzahir Seydağa oğlu Hacıyev naməlum şəraitdə döyülüb. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, M.Hacıyev ağır kəllə-beyin travması alıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB