Azərbaycandan beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik maddələr göndərən qaçaqmalçılar həbs olunub
Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən iyul ayının 17-dən sentyabrın 17-dək keçirilmiş tədbirlər zamanı beynəlxalq poçt göndərişləri vasitəsilə Azərbaycandan Kanada, İsveç və Yunanıstana narkotik maddələr göndərən narkoqaçaqmalçılar aşkarlanıb. DGK-dan SİA-ya verilən məlumata görə, aparılmış əməliyyat tədbirləri nəticəsində narkoqaçaqmalçılar tərəfindən xüsusi hazırlanmış 24 ədəd poçt bağlamalarından və bu narkokanalın təşkilatçıları olan şəxslərin yaşadığı ünvanlardan 17 fakt üzrə 27 kq 981 qramı tiryək, 10 kq 157 qramı heroin olmaqla, ümumi çəkisi 38 kq 138 qram narkotik vasitə və 1 ədəd PSM sistemli "Makarov" tipli odlu silah, eləcə də cinayətin hazırlanması üçün istifadə olunan müxtəlif alət və vasitələr aşkar olunaraq götürülüb.
Qeyd olunan narkokanalın təşkilatçıları və transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olan İran vətəndaşı Mostafavi Ezzataddin Mosleh oğlu və Azərbaycan vətəndaşı Cəfərov Elçin Teyfuq oğludur. Hazırda həmin şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb və hər iki şəxs həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB