Sərnişin avtobusu uçuruma düşdü 15 ölü

Sərnişin avtobusu uçuruma düşdü 15 ölü

Qvetamalada sərnişin avtobusu uçuruma düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb.

İlkin məlumatlara görə, faciə Huehuetenango bölgəsində baş verib. Belə ki, sürücü şiddətli yağış nəticəsində yaranan yağış çayından çıxmağa cəhd göstərsə də, su axının güclü olması avtobusu 40 metrlik uçuruma salıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə