Sürücü sükan arxasında öldü

Bakıda sürücü sükan arxasında ölüb. SİA-nın xəbərinə görə, hadisə Səbail rayonu Üzeyir Hacıbəyov küçəsində, Səbail Rayon İcra Hakimiyyətinin qarşısında 14:45-də baş verib. Belə ki, Suraxanı rayon Qaraçuxur qəsəbə sakini, 1959-cu il təvəllüdlü Məmmədov Mikayıl Məmməd oğlu "Chevrolet" markalı, 10 AA 193 dövlət nömrə nişanlı avtomobildə sükan arxasında ölü tapılıb.

İlkin ehtimala görə, Məmmədov Mikayıl ürək tutmasından dünyasını dəyişib.

Hazırda ölümün səbəbləri araşdırılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə