Bir gündə 2 qadın zəhərlənib VİDEO

Bir gündə 2 qadın zəhərlənib VİDEO

Goranboyda bir gündə 2 qadın zəhərlənib. SİA-nın Gəncə bürosunun verdiyi məluma görə, ilk hadisə rayonun Səfikurd kəndində baş verib. 23 yaşlı Lalə Həsənova səhhətində narahatlıq yarandığından xəstəxanaya çatdırılıb. Yoxlamalar zamanı kənd sakinin dəm qazından zəhərləndiyi müəyyənləşib. Ona tibbi yardım göstərilib.

Növbəti zəhərlənmə hadisəsi isə rayon mərkəzində qeydə alınıb. 31 yaşlı Gülanə Qarayeva kirayədə yaşadığı mənzildə qızdırıcı sobada istifadə edilən kömürün tüstüsündən zəhərlənib. Xəstəxanaya çatdırılan qadına tibbi yardım göstərilib.

Hər iki qadının vəziyyətinin kafi olduğu bildirilir.

Müəllif: Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə