İntihar edən gəncin meyiti dənizdən çıxarılıb

İntihar edən gəncin meyiti dənizdən çıxarılıb

Ötən gün bulvarda intihar edən gəncin meyiti çıxarılıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08 yanvar 2018-ci il tarixində 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb.

Yanvarın 9-da C.Məlikovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 300 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə