Sükan arxasında infarkt keçirdi və qəza törətdi

Sükan arxasında infarkt keçirdi və qəza törətdi

Gəncədə avtomobil səkiyə çırpılıb. SİA-nın qərb bürosunun verdiyi məlumata görə Hadisə şəhərin Dədə Qorqud küçəsində baş verib. “VAZ 2107” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini 56 yaşlı Faiq Muradov sükan arxasında ürəktutmasından vəfat edib. İdarəetmədən çıxan maşın yolun sağ hissəsindəki səkiyə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Müəllif: Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə