"Ava" siklonu 30 can aldı

Ötən həftədən Madakaskar adasında başlayan "Ava" tropik siklonu 30 nəfərə yaxın insanın ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinbadən verdiyi xəbərə görə, təkcə ötən gün 17 nəfər həyatını itirib.

"İlkin məlumatlara görə, 29 nəfər ölüb, 22 nəfər itkin düşüb. 17171 nəfər evindən təxliyə edilib, 83023 nəfər isə yaralanıb"- deyə, Risklərinin İdarə Edilməsi üzrə Milli Büronun məlumatında qeyd olunur.

Qeyd olunur ki, ötən həftənin cümə günündən adını bürüyən siklon şənbə günündən başlayaraq sel və daşqınlara səbəbə olub, bir çox evlər elektrik enerjisiz qalıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə