İmişlidə 9 yaşlı məktəbli yol qəzasında ölüb

İmişlidə 9 yaşlı məktəbli yol qəzasında ölüb

İmişli rayonunda avtomobil azyaşlını vurub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil Mirili kənd sakini, 2009-cu il təvəllüdlü Şahpələngova Təranə Sakit qızını magistral yolu keçərkən vurub. Məktəbli ağır vəziyyətdə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Uşaq aldığı xəsarətlərdən 1 saat sonra ölüb. Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə