Yol qəzasında 2 nəfər xəsarət aldı

Yol qəzasında 2 nəfər xəsarət aldı

Bakı-Qazax magistral yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, “Mercedes” markalı avtomobillə “Mitsubishi” markalı avtomobil toqquşub. Hadisə zamanı 2 nəfər xəsarət alıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə