Ötən ilin 11 ayında Rusiyada ən çox tərədilən cinayət hadisəsi müəyyənləşib. SİA-nın xəbərə görə, bu, Rusiyanın Baş Prokurorluğun portalında ölkədə cinayət vəziyyətini əks etdirən hesabatda öz əksini tapıb. Belə ki, 11 ayda Rusiyada ən çox oğurluq hadisəsi törədilib. Ötən ildə 738 min oğurluq faktı qeydə alınıb. Məlumata görə, bu rəqəm 2016-cı illə müqayisədə 9 faiz azdır.
Rusiyada 11 ayda törədilən cinayət hadisələrində ikinci və üçüncü yeri dələduzluq və narkotiklə bağlı hadisələr tutur. 2013-cü ildən ölkədə dələduzluq hadisələrinin sayında 7.5 faizdən,10.7 faizə qədər artım qeydə alınıb. Belə ki, 2017-ci ildə bu cür cinayətlər 2016-cı illə müqayisədə 6.8 faiz daha çox baş verib.
Ümumilikdə isə hesabat dövründə Rusiyada 1.9 milyon cinayət hadisəsi baş verib. Bu da 2016-cı illə müqayisədə 86 min azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB