İsmayıllıda zəhərlənmə hadisəsi olub

İsmayıllıda zəhərlənmə hadisəsi olub

İsmayıllı rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün İsmayıllı şəhərinin Natavan küçəsindəki 36 saylı mənzildə qeydə alınıb. Rayon sakini 1990-cı il təvəllüdlü Əliyeva Könül Həsən qızı yaşadığı evdə dəm qazından zəhərləndiyi üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə