Son bir neçə ay ərzində Yəməndə difteriyadan 46 nəfər dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Tarik Yazareviç deyib.
Onun sözlərinə görə, son bir neçə ay ərzində ümumilikdə 471 difteriyaya yoluxma faktı qeydə alınıb: "Həmin xəstələrdən 46-si dünyasını dəyişib".
ÜST nümayəndəsinin sözlərinə görə, yoluxma faktı daha çox İbb və Əl-Hodeyda vilayətlərində qeydə alınıb. o qeyd edib ki, daha təhlükəli vəziyyət isə İbbdə yaranıb - burada 231 nəfər bu xəsətliyə yoluxub ki, onlardan da 13 nəfəri dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB