Silah-sursatlar polisə təhvil verilib

Silah-sursatlar polisə təhvil verilib

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər sakini Bəxtiyar Quluzadədən müfaviq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən rayon sakini Eldəniz Zamanovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Gəncə şəhər sakini Fəxrəddin Abdullayev tapdığı “AKS” markalı avtomat silahı, süngü bıçağını, 3 ədəd patron darağını və 96 ədəd müxtəlif çaplı patronu, Naxçıvan Muxtar Respublikasının Qarxanbəyli kənd sakini Ramiz Qəmbərzadə tapdığı nömrələri silinmiş 3 ov tüfəngini və 347 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə