Avtomobildən pirotexniki vasitələr aşkarlanıb

Avtomobildən pirotexniki vasitələr aşkarlanıb

Avtomobildən pirotexniki vasitələr aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz 190” markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin arxa oturacağının söykənəcəyi ilə yanacaq çəninin arasında xüsusi düzəldilən yerdən gömrük nəzarətindən gizlədilən, hər birində 40 ədəd olmaqla üzərində “Black Devil EK 23” yazısı olan 15 qutu pirotexniki vasitə aşkarlanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə