Göygöl Dövlət Qoruğunun gözətçisi odlu silahla qətlə yetirilib

Göygöl Dövlət Qoruğunun gözətçisi odlu silahla qətlə yetirilib

Göygöl rayon sakini İsmayılov Etibar İsmayıl oğlu naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Bu barədə məlumatı SİA-nın bölgə müxbirinə Göygöl rayon Polis İdarəsindən məlumat verilib.

Hazırda İ.İsmayılovu qətlə yetirən şəxsin kimliyi araşdırılır. Göygöl Dövlət Qoruğunda gözətçi işləyən İsmayıl İsmayılovun odlu silahla öldürülməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə