Goranboy sakini bıçaqlanıb

Goranboy sakini bıçaq xəsarəti alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Nizami kənd sakini 1980-ci il təvəllüdlü Əsgərov Aftandil Hədi oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. A. Əsgərov yıxılaraq qarnına bıçaq batdığını deyib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə