10 nəfər balıqdan zəhərləndi

Moskvada restoranların birində 10 nəfər balıqdan zəhərlənib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskva meri Leonid Peçatnikov hadisə ilə bağlı verdiyi açıqlamasında 1 nəfərin hospitallaşdırıldığını deyib: "10 nəfər köhnəlmiş balıqdan zəhərlənib.Zəhərlənmə ağır dərəcədə olub".

Qeyd edək ki, bundan öncə, Moskvada Birlik Evinin Sütunlar Salonunda yeni il tədbiri zamanı ondan artıq sənətçinin zəhərləndiyi deyilirdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə