Xəzər rayonu ərazisində 2 evdən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən SIA-ya verilən məlumata görə, Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin dekabr ayı ərzində rayon ərazisində 2 evdən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Saleh Sübhanov, Şərur rayon sakini Əkbər Rəsulov və Yevlax rayon sakini Mehdi İsmayılov saxlanılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB