Qatar relsdən çıxdı ölənlər var

Qatar relsdən çıxdı ölənlər var

Cənubi Afrikada qatarın relsdən çıxması nəticəsində 4 nəfər ölüb, 100 nəfərə yaxın insan yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə yerinə təhlükəsizlik xidmətləri göndərilib. Hadisə, Hennenman ilə Kroonstad qəsəbələri arasında baş verib. İlkin məlumata görə, qəza bir yük maşını, iki avtomobil və qatarın iştirakı ilə baş verib.

Son məlumatlara görə, relsdən çıxan qatar yanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə