Çeçenistanda terrorçuların girov götürməsi barədə xəbər təsdiqlənmədi
Çeçenistan parlamentində xüsusi əməliyyat tam başa çatıb, lakin terrorçuların girov götürməsi barədə xəbər təsdiqlənməyib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Çeçenistan daxili işlər nazirinin müavini Roman Edilov məlumat verib.
O bildirib ki, hadisə zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşı həlak olub. Onun sözlərinə görə, əməliyyat nəticəsində dörd terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, bu gün səhər Çeçenistan parlamentinin ərazisində atışma başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB