Çeçenistan parlamentinə hücum edən terrorçuların məhv edilməsi əməliyyatı başa çatıb. SİA-nın "İnterfaks"a istinadən yaydığı məlumata görə, əməliyyat zamanı binaya soxulmuş üç terrorçu öldürülüb. Girov saxlanan və əməliyyat zamanı öldürülən şəxslərin sayı ilə bağlı dəqiq məlumat yoxdur.
Digər rus mətbu orqanlarının verdiyi xəbərdə bildirlir ki, Çeçenistan parlamentində törədilən terror aktı nəticəsində 9 saylı Qroznı şəhər xəstəxanasına 13 yaralı və 3 meyit gətirilib. Xəstəxananın əməkdaşı gətirilən yaralıların sayının artacağını istisna etməyib.
Qeyd edək ki, Çeçenistan parlamentində hücum edən terrorçuların zərərsizləşdirilməsi ilə bağlı xüsusi əməliyyat bir qədər əvvəl başa çatıb. İlkin məlumata görə, əməliyyat zamanı 3 terrorçu öldürülüb. Digər mənbələr isə bir terrorçunun sağ qaldığını, bir neçə nəfəri girov götürərək binadakı otaqlardan birində gizləndiyini bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB