Neftçala rayonunun Aşağı Surra kəndində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Aşağı Surra kənd sakini, 1991-ci il təvəllüdlü Sirus Xəyal Ağahüseyn oğlunun idarə etdiyi “Priora” markalı avtomaşın “Mercedes” markalı avtomobillə toqquşub. Sürücü və həyat yoldaşı 1996-cı il təvəllüdlü Kərimova Nuranə Vahid qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq X.Sirusun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB