Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sabirabad rayonunun Qaragüney kəndində “Mercedes” və “AzSamand” markalı iki minik avtomobili toqquşub.

FHN-dən bildiriblər ki, hadisə yerinə cəlb olunmuş nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı avtomobilin sürücüsünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə