Hindistanın Mumbai şəhərində Kamala Mills Ticarət Mərkəzinin restoranlarının birində baş verən yanğın nəticəsində ən azı 15 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, gecə saatlarında başlayan yanğın tez bir zamanda ticarət mərkəzinin 12-ci mərtəbəsini tamamilə bürüyüb. Şahidlərin sosial şəbəkə hesablarında paylaşdığı fotoşəkillərdə mərkəzin üst qatının tamamilə yandığını görmək mümkündür.
Polisin məlumatına görə, ölənlərin əksəriyyəti qadın olub. Zərərçəkənlərdən birinin öz "Twitter" hesabında qeyd etdiyinə görə, yanğın birdən-birə baş verib.
"Yanğın bir neçə saniyə ərzində hər tərəfi atəşlə bürüdü. Qorxunc vəziyyət yarandı, insanlar yanan binadan çıxmağa çalışırdılar" - deyə, zərərçəkən qeyd edib.
Polis tərəfindən hadisə ilə bağlı cinayət işi açılıb. Hökumət hər hansı bir versiyanı təqdim etməzdən qabaq hərtərəfli istintaqa ehtiyacın olduğunu iddia edir. İlkin məlumatlara görə, yanğın qısaqapanmadan baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB