Yevlax rayonunda avtomobil qəzası zamanı ağır yaralanan sürücü və sərnişinin şəxsiyyətləri məlum olub. "Report"un Qərb bürosunun məlumatına görə, yaralılar Yevlax şəhər sakinləri - sürücü, 1989-cu il təvəllüdlü Rəşad Əlibaba oğlu Ağayev və onun sərnişini, 1981-ci il təvəllüdlü Əsgər Vuqar oğlu Bağırovdur. Müayinə zamanı hər iki yaralının sərxoş olduqları məlum olub. Hazırda onların vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Yevlax rayonunda avtomobil qəzası zamanı sürücü və sərnişini ağır yaralanıb. Hadisə Bakı-Qazax yolunun Yevlax rayonu ərzisindən keçən hissəsində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Daewoo-centra" markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü və sərnişini ağır yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB