Tovuzda ağır yol qəzası baş verib

Tovuzda ağır yol qəzası baş verib

Tovuz rayonunda yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayonun Əlibəyli kənd sakini, 1989 -cu il təvəllüdlü Quliyev Zülfüqar Etibar oğlu idarə etdiyi "VAZ"markalı avtomobili idarə edərkən idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində sürücü və sərnişini, 1997-ci il təvəllüdlü Abdiyev Tural Musa oğlu ağır xəsarətlər alıb. Həriki yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücü ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə