Süd məhsulları saxlanılan anbarda yanğın olub

Süd məhsulları saxlanılan anbarda yanğın olub

Abşeron rayonunda süd məhsulları saxlanılan anbarda yanğın olub. Axar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Məmmədli kəndində baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın saat 17:05-də məhdudlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə