"Azərbaycan Dəmir Yolları"ndan açıqlama verildi AXTARIŞ GEDİR

"Azərbaycan Dəmir Yolları"ndan açıqlama verildi AXTARIŞ GEDİR

Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub. Vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın SİA-ya verdiyi məlumata görə, hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir. Hələlik heç bir məlumat yoxdur. Bakı Dəmiryolu Vağzalında olan vətəndaşlar təxliyə edilib və ətraf lentlə əhatəyə alınıb, içəri heç kim buraxılmır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə