İstintaq Təcridxanasına telefon keçirilməsinə cəhd olub

İstintaq Təcridxanasına telefon keçirilməsinə cəhd olub

Bakı İstintaq Təcridxanasına mobil telefonların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

SİA-nın verdiyi məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son bir neçə gün ərzində müəssisəyə mobil telefon aparatlarının keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs İsayev Razi Məhərrəm oğlunun yanına qısamüddətli görüşə gələn xalası oğlu Biləsuvar şəhər sakini Hüseynov Musa İlham oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman, əynindəki gödəkcənin cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Şükürov Elvin Yengibar oğlunun yanına qısamüddətli görüşə gələn atası İmişli şəhər sakini Şükürov Yengibar Etibar oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman, əynindəki gödəkcənin cibindən 1 ədəd “Motorolla” markalı mobil telefon aparatı aşkar edilib.

Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Qasımov Elçin Bayram oğlunun yanına qısamüddətli görüşə gələn qardaşı Bakı şəhər sakini Qasımov Asif Bayram oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman, əynindəki gödəkcənin cibindən daxilində “Nar” danışıq kartı olan 1 ədəd “İPhone” markalı mobil telefon aparatı aşkar edilib.

Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Abıyev Tural Famil oğlunun yanına qısamüddətli görüşə gələn xalası oğlu Şirvan şəhər sakini Ağayev Üzeyir İsrafil oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman, əynindəki şalvarın cibindən daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Mirfətəliyev Məmməd Mirfaiq oğlunun yanına qısamüddətli görüşə gələn həyat yoldaşı Xaçmaz rayon sakini Mirfətəliyeva Pərvanə Graməddin qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman, əynindəki şalvarın cibindən daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Alcatel” markalı mobil telefon aparatı aşkar edilib.

Qeyd olunan bütün faktlar üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə