Bakıda otel yanıb

Bakıda oteldə yanğın hadisəsi baş verib. Report xəbər verir ki, hadisə Yasamal rayonunda, Zahid Xəlilov küçəsindəki "Lake" otelinin havalandırma sistemində qeydə alınıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Sisteminin 2 yanğınsöndürmə texnikası cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə