Buzovnada tor şəbəkələri və led işıqları oğurlayan şəxslər tutulub
Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə dekabrın 10-da Buzovna qəsəbəsi ərazisindəki yolun kənarında quraşdırılmış, dəyəri 7100 manat olan 66 ədəd alüminium tor şəbəkəsinin və 100 metr led formalı işıqların oğurlanması barədə MMC-lərdən birindən müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla əlaqədar cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib və saxlanılaraq istintaqa təhvil veriliblər.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Qədir Süleymanov və Faiq Yusubov olduqları, oğurluğu birgə törətdikləri müəyyən edilib. Oğurlanmış ictimai əmlakın müəyyən qismi maddi sübut kimi aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB