Hakimin həyat yoldaşının ölümü ilə əlaqədar ekspert rəyi açıqlanıb
Ali Məhkəmənin hakiminin həyat yoldaşının ölümü ilə əlaqədar ekspert rəyi məlum olub. Nizami rayon Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, qətlə yetirilən Natəvan Mahmudovanın meyitinin üzərində dalaşmaya xarakterik olan izlər olub. Belə ki, qadının gözündə və dodağında qançır izləri aşkarlanıb.
Ekspertiza bu izlərin dalaşma nəticəsində yarandığını bildirib. Tibbi ekspertizasının rəyinə görə, N. Mahmudova nəfəs borularının tutulması nəticəsində, yəni, boğularaq qətlə yetirilib. Hadisəni törədən şəxslərin mərhumun yaxınları olduğu ehtimal edilir.
Belə ki, hadisə baş verməzdən əvvəl N. Mahmudova həmin şəxslərə qapı açıb və onlar evə daxil olublar. Qadını öldürdükdən sonra isə qapını açıq vəziyyətdə qoyaraq, hadisə yerindən qaçıblar.
Qeyd edək ki, məlum hadisə bu gün Nizami rayonunun Çobanzadə küçəsi, 47, mənzil 30 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 39 yaşlı Natəvan Mahmudova naməlum şəxslər tərəfindən evində qətlə yetirilib. Hadisə barədə polisə məlumat daxil olan kimi, Nizami rayon və Bakı şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gəliblər.
Hazırda hadisə yeri müayinə olunur, hadisənin baş vermə səbəbləri və qətlin kimin tərəfindən törədilməsi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB