Ali Məhkəmə hakiminin həyat yoldaşı qətlə yetirilib

Ali Məhkəmə hakiminin həyat yoldaşı qətlə yetirilib

Bakının Nizami rayonunda dəhşətli qətl hadisəsi törədilib. Nizami Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, qətlə yetirilən qadın 39 yaşlı Natəvan Mahmudovadır. O, naməlum şəxslər tərəfindən boğularaq qətlə yetirilib. Qətlin tamah məqsədilə törədildiyi ehtimal olunur.

 

Hadisə yerində Bakı şəhər prokuroru Əziz Seyidov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Elxan Həsənov, Nizami rayon polis idarəsi və prokurorluğunun rəhbər şəxsləri olub.

 

Nizami Rayon Prokurorluğundan SİA-ya verilən məlumata görə, qətl hadisəsi ilə bağlı bu gün saat 13:30 radələrində polisə məlumat daxil olub. Qətl hadisəsi Çobanzadə küçəsi 47 ünvanında baş verib.

 

Mərhumun Azərbaycan Ali Məhkəməsinin hakimi Tapdıq Mahmudovun həyat yoldaşı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə