Oğru iş başında yaxalandı

Oğurluq etməyə cəhd edən şəxs iş başında yaxalanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Kimyaçılar qəsəbə sakini Sabir Səmədov DİN-in "102" Zəng Mərkəzinə evindən oğurluğa cəhd göstərmiş naməlum şəxsi saxlaması barədə məlumat verib.

 

Dərhal hadisə yerinə Sumqayıt ŞPİ-nin əməkdaşları gəlib. Aparılan tədbirlər nəticəsində Kimyaçılar qəsəbə sakini Kamil Məmmədov oğurluq etdiyi zaman iş başında yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə