Qazaxda narkotik alverçisi tutulub

Qazax rayonunda narkotik vaistiələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olan rayon sakini həbs olunub. Qazax rayon Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, tutulan şəxs Məmmədov İlham İsmayıl oğludur. O, 5.5 qram narkotik vaistə olan heroini İlham Mehdiyevə satarkən yaxalanıb.

Hüquq-mühafizə orqanı əməkdaşları onun üzərindən əlavə 16,3 qram heroin götürüblər.

Artıq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə