Gəncədə 73 yaşlı qadını avtobus vuraraq öldürüb

Gəncədə 73 yaşlı qadını avtobus vuraraq öldürüb

Gəncədə 73 yaşlı qadını avtobus vuraraq öldürüb. APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisində baş verib. Şəhər sakini 1944-cü il təvəllüdlü Ələsgərova Nərgiz Hüseyn qızı şəhərdə 11 saylı xətt üzrə sərnişin daşıyan "İsuzu" markalı avtobus tərəfindən vurulub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə