Tovuzda 29 yaşlı qadın ölüb. SİA-nın məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Gədəbəy rayonunda qeydiyyatda olan, 1989-cu il təvəllüdlü Hümbətova Şəbnəm Rəhman qızı yaşadığı evdə ölüb. Qadının meyiti Tovuz rayon Mərkəzi Xəstəxanasının məhkəmə tibb ekspertizasına gətirilib.
İlkin məlumata görə, qadın daxili qanaxmadan dünyasını dəyişib. Lakin hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB