Şəkidə intihar hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən saat 14 radələrində rayonun Baltalı kənd sakini, 1960-cı il təvəllüdlü Ümüdvar Əlipaşa oğlu Qədirovun meyiti yaşadığı evin qarşısındakı yardımçı tikilidə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
57 yaşlı Ümüdvar Qədirovun hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB