Bakı şəhərində naməlum kişini maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 3-də saat 05:00 radələrində paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini İlqar Abbasov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB