Paytaxtda yaşayış binasında yanğın olub, 34 nəfər təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda 17 mərtəbəli yaşayış binanın 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb.
Yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilib. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB