Xaçmaz sakini dəm qazından zəhərlənib

Xaçmaz sakini dəm qazından zəhərlənib

Xaçmaz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

SİA-nın verdiyi məlumata görə, rayonun Hacıqurbanoba kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimova Sevinc Famil qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

O, Xaçmaz rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə