Bakıda "SEAT" yanıb

Paytaxt Bakıda yanğınla nəticələnən yol qəzası baş verib.

SIA-nın FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Nizami rayonunda "SEAT Leon" markalı minik avtomobili yol qəzasına düşdükdən sonra alışıb.

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə