Bakıda 68 yaşlı kişini maşın vurdu

Bakıda 68 yaşlı kişini maşın vurdu

Bakıda piyadanı maşın vuraraq öldürüb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini İlyas Məmmədov idarə etdiyi “Seat” markalı avtomobillə yolu keçən, 68 yaşlı Əlisahib Haqverdiyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə